Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:31

100-dən artıq dünya lideri Amerikada toplaşıb


Sentyabrın 22-də dünyanın 100-dən artıq lideri BMT Baş Assambleyasının xüsusi sammitində bir araya gələcək. İqlim dəyişikliyi ilə mübarizəyə dair yeni qlobal pakt müzakirə olunacaq.

Azərbaycanı sessiyada XİN-i Elmar Məmmədyarov təmsil edəcək. Onun Baş Assambleyada çıxışı, eləcə də xarici həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

BMT Baş katibi Ban ki Mun bildirib ki, İqlim Dəyişikliyi üzrə Sammitin məqsədi dünya liderləri arasında bu sahədə siyasi iradəni səfərbər etməkdir.

Dekabr ayında Danimarkada Kyoto Protokolunu əvəzləyəcək yeni sənəd imzalanmalıdır. Sənədə görə dünya dövlətləri qlobal istiləşməyə səbəb olan qaz emissiyalarını azaltmalıdır.

Ümid olunur ki, bu günkü sammitdə zəngin və inkişaf etməkdə olan ölkələr arasında fikir ayrılıqlarını azaltmaq mümkün olacaq, Çin və Hindistan da pakta qoşulacaq.
XS
SM
MD
LG