Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Renonu Formula 1-dən qovdular


Reno komandasını Formula 1 yarışlarından iki illiyə qovdular.
Cəza daha sərt ola bilərdi, ancaq qalmaqalda əli olan Renonun iki rəsmisi artıq istefa verib və bu nəzərə alındı.
Qalmaqala səbəb isə keçən il yarışlarında Renonun qəsdən qəza törətməsidir.
O vaxt Sinqapurdakı Qran Pri yarışlarında Renonun pilotu olan Nelson Pikeyə tapşırıq verilib ki, qəza törətsin. Nəticədə həmin qəza birinci yerdə gedən Fernando Alonsonun rəqiblərinə maneə törədib və Renmo komandasından olan Alonsonun qələbəsini təmin eləyib.
XS
SM
MD
LG