Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:43

İtaliyada matəmdir


Əfqanıstanda həlak olmuş altı nəfər italyan əsgərinin xatirəsinə İtaliyada ümummilli matəm elan olunub. Əsgərlər Romada dövlət səviyyəsində təntənəli mərasimdə torpağa tapşırılacaq.

Keçən cümə axşamı Əfqanıstanın paytaxtı Kabildə bir intiharçı bombaçı partlayıcı maddələrlə dolu avtomobili italyan əsgərlərini daşıyan yük maşınına çırpıb, italyan əsgərlərindən başqa on nəfər də əfqan mülki həlak olub.

Hadisəyə görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

İtaliyanın NATO qüvvələrinin tərkibində Əfqanıstanda 3 mindən çox əsgəri vuruşur.

XS
SM
MD
LG