Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:15

«Bakı komissarları»nın güllələnməsindən 91 il ötür


İndi bu abidənin yerində fontan qurulub
1918-ci ilin sentyabrın 20-də «26 Bakı komissarları» Türkmənistanda Ağcaqum çölündə güllələnib.

Stepan Şamuyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti 1918-ci ilin mart-iyun aylarında hakimiyyətdə olub. Həmin ilin mart ayında 30 mindən çox azərbaycanlının soyqırıma məruz qalması onların adı ilə bağlıdır.

Sonradan Bakıda hakimiyyəti ələ alan ingilislər komissarların əksəriyyətini Türkmənistanın Ağcaqum çölünə aparıb güllələyiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra komissarların sağ qalmış nümayəndələrindən biri Nəriman Nərimanovun təşəbbüsü ilə 1920-ci ildə onların cəsədləri Ağcaqumdan Bakıya gətirilib və indiki Sahil bağında dəfn edilmişdi.

Sonradan onların xatirəsini əbədiləşdirmək üçün bağda abidə ucaldılır. Bu abidə Sovet Azərbaycanın simvollarından biri hesab olunurdu.

Bu il yanvarın 12-də Bakıda Sahil Bağında «26 Bakı Komissarı» abidəsini söküblər. İndi onun yerində fontan qurulub. Komissarların qəbirləri isə şəhər kənarına köçürülüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG