Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

«26 Bakı Komissarı» abidəsini sökürlər


Təmirdən sonra «26 Bakı Komissarı» abidəsinin götürülməsi ehtimal edilir
Təmirdən sonra «26 Bakı Komissarı» abidəsinin götürülməsi ehtimal edilir
Yanvarın 12-də Bakıda Sahil Bağında «26 Bakı Komissarı» abidəsini sökməyə başlayıblar.
Fəhlələr «Azadlıq» radiosuna bildiriblər ki, tikintiyə nəzarət edən Səbail Rayon İcra Hakimiyyətindən əraziyə media nümayəndələrini buraxmamaq tapşırılıb.

Bağ 2008-ci ildən təmirə bağlanıb. Rəsmilərin verdiyi məlumata görə, bağda yenidənqurma işlərindən sonra yeraltı qaraj tikiləcək. Təmirdən sonra «26 Bakı Komissarı» abidəsinin götürülməsi ehtimal edilir.


Tarix: Stepan Şamuyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti 1918-ci ilin mart-iyun aylarında hakimiyyətdə olub. Həmin ilin mart ayında 30 mindən çox azərbaycanlının soyqırıma məruz qalması onların adı ilə bağlıdır. Sonradan Bakıda hakimiyyəti ələ alan ingilislər komissarların əksəriyyətini Türkmənistanın Ağcaqum çölünə aparıb güllələyiblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra komissarların sağ qalmış nümayəndələrindən biri Nəriman Nərimanovun təşəbbüsü ilə 1920-ci ildə onların cəsədləri Ağcaqumdan Bakıya gətirilib və indiki Sahil bağında dəfn ediliblər. Sonradan onların xatirəsini əbədiləşdirmək üçün bağda abidə ucaldılır. Bu abidə Sovet Azərbaycanın simvollarından biri hesab olunurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG