Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

NATO-nun baş katibi Rusiyaya yeni tərəfdaşlıq təklifi etdi


Anders Foq Rasmussen
Anders Foq Rasmussen
ABŞ Rusiyanın qarşı çıxdığı Şərqi Avropada hava hücumundan müdafiə sistemləri yerləşdirmək planından imtina elədiyini açıqlayandan bir gün sonra, NATO-nun yeni baş katibi Anders Foq Rasmussen Brüsseldə Rusiyayla yeni əməkdaşlıq qurmaq istədiklərini bildirdi. Əvvəlkindən daha praktik və qlobal təhlükəsizlik məsələləriylə bağlı.

Anders Foq Rasmussen: «Mən NATO və Rusiyanı 21-ci əsrin təhlükəsizlik durumuyla bağlı mövqeyini yenidən, birgə nəzərdən keçirməsini, razılaşmasını və gələcək əməkdaşlığımızı bunun üzərində qurulmasını istəyirəm».

Cəmi bir il öncə Rusiya Gürcüstana qoşun yeridəndə NATO və Moskvanın münasibətləri gərginləşmişdi. İndi Rasmussen raket əleyhinə müdafiə sistemləri məsələsində də Rusiyayla əməkdaşlıq eləmək istədiklərini deyir.

Rasmussen ilin əvvəlində Rusiya prezidenti Dmitri Medvedevin açıqladığı Avro-Atlantik məkanda yeni təhlükəsizlik sazişi ideyasının da birgə müzakirə ediləcəyini bildirib.

GÜZƏŞTLƏRİN ƏVƏZİNDƏ MOSKVADAN XAHİŞ


Amma bütün bu güzəştlərin əvəzində Moskvadan xahişi də olub. NATO-nun baş katibi Rusiyanı İran məsələsində Qərblə daha yaxından əməkdaşlıq eləməyə çağırıb. Deyib ki, gərək Rusiya da Qərb dövlətləri kimi, İranın nüvə proqramının, nüvə silahı əldə etməsinin qarşısını almağa yardım eləsin və mövqeyini ortaya qoysun.

Dmitri Roqozin
Rasmussen NATO ilə Rusiya arasında əsas fikir ayrılığı yaradan məsələlərdən birinin də Gürcüstan və Ukrayna kimi post-sovet ölkələrinin bloka üzvlüyü cəhdinin olduğunu etiraf eləyib. Vurğulayıb ki, dəfələrlə bildirildiyi kimi, NATO-nun açıq qapı siyasəti Rusiyaya qarşı yönəlməyib və Moskva da gərək yeri gələndə bunu anlasın:

«Mən inanmıram ki, NATO və ya Avropa Birliyinin genişlənməsi Rusiyanın təhlükəsizliyinə problem yaradır. Əksinə, stabil və inkişaf edən Avropa Rusiyanın təhlükəsizliyi baxımından daha sərfəlidir».

Rasmussenin Rusiyaya yeni tərəfdaşlıq təklif etdiyi çıxışıyla bağlı ilk reaksiya elə Moskvanın NATO-dakı səfiri Dmitri Roqozindən gəlib. Roqozin Rasmussenin çıxışını «çox müsbət və konstruktiv» adlandırıb. Həmçinin əlavə edib ki, əgər NATO və ABŞ Şərqi Avropada yeni raket sistemləri yerləşdirməyəcəklərsə, o zaman Rusiyanın da Kalininqradda orta mənzilli raketlər yerləşdirməsinə ehtiyac qalmır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG