Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:57

«Moskva özünü yaxın illərdə Avropada daha inamlı hiss edəcək»


Sülhəddin Əkbər
Sülhəddin Əkbər
ABŞ prezidenti Barak Obama Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi qurmaq planından imtina edib. O bildirib ki, bu qərar verilərkən Rusiyanın maraqları da nəzərə alınıb. Rusiya prezidenti Dmitri Medvedev isə həmkarının bu addımını alqışladığını bildirib.

Azərbaycan-Avroatlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər deyir ki, əslində, ABŞ konseptual olaraq Avropada raket hücumundan müdafiə sistemi qurmaq fikrindən əl çəkməyib:

«Barak Obama sadəcə, Rusiyanın da narahatçılığını nəzərə alaraq bu planın arxitekturasında dəyişiklik edib. Yəni quruda yerləşdirilməsi planlaşdırılan sistem dənizdə, gəmilər üzərində yerləşdiriləcək. Eks-prezident Corc Buşun planı ilə müqayisədə indiki sistem daha mobil, daha çevik, iddialara görə daha effektli və maliyyə baxımından daha sərfəli olacaq».

S.Əkbər deyir ki, ancaq bununla belə, müasir Rusiya dövlətinin və onun liderlərinin xarakteri nəzərə alınsa, ABŞ-ın bu addımından sonra Moskva özünü yaxın illərdə Avropada daha inamlı hiss edəcək:

Vəfa Quluzadə
«Düzdür, Rusiya ABŞ-ın bu addımı müqabilində öz aqressiv xarici siyasətində və planlarında müəyyən korrektələr edəcək, daha diqqətli olacaq. Lakin bu, Rusiyanın planlarından əl çəkməsi anlamına gəlmir və xüsusən də post-sovet məkanında o öz siyasətini davam etdirəcək».

Politoloq Vəfa Quluzadə isə deyir ki, Rusiya nə ABŞ-a, nə də Avropaya heç bir təhlükə törətmir və törədə də bilməz. Lakin Moskva Qərbin bir sıra planlarının həyata keçməsinə müəyyən maneçiliklər törədə bilər:

«Həmçinin Rusiya Qafqazda ABŞ-a maneçilik törədə bilər. Məsələn, Ermənistan-Azərbaycan müharibəsini yenidən alışdıra bilər. Ancaq Avropada raket hücumundan müdafiə sistemi ilə bağlı ABŞ-Rusiya anlaşması bunların heç birinə imkan verməyəcək. Mən əminəm ki, artıq Rusiyanın Qafqazda bundan sonrakı davranışı da Medvedev-Obama görüşündə razılaşdırılıb».
XS
SM
MD
LG