Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

İsrail mallarına boykot elan olunub


Böyük Britaniyanın həmkarlar təşkilatları bəzi İsrail mallarının boykot edilməsi haqda razılığa gəliblər.

Bu, İsrailin Qəzzaya hücumuna cavab kimi təqdim edilib.

Qərar həmkarlar təşkilatlarının illik toplantısında təsdiq edilib. Boykot İsrailin Fələstində saldığı bəzi qəsəbələrdə istehsal edilən mallara aiddir. Bundan başqa həmkarlar təşkilatları İsraillə silah alverinə son qoyulmasına çağırıblar.

Boykot olunan mallara xurma, meyvə, tərəvəz və s. daxildir.

İsrailin Böyük Britaniyadakı səfiri qərarı birtərəfli adlandırıb. Onun fikrincə, həmkarlar təşkilatları terrorçuların əlində vasitəyə çevrilib.
XS
SM
MD
LG