Rusiya Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hərbi bazalar yerləşdirəcək.
Bu gün Moskvada imzalanmış hərbi əməkdaşlıq razılaşmasında bu bazalarda 1700 əsgər yerləşdirilməsi nəzərdə tutulur.
Bazalar Abxaziyanın Qudauta, Cənubi Osetiyanın isə Tsxinvali şəhərlərində olacaq.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti həmçinin Abxaziyaya gedən gəmilərin qorunacağını bəyan edib.
Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra bu bğlgələrin ikisini də müstəqil dövlət kimi tanıyıb.