Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 09:20

Buşa ayaqqabı atan jurnalist azadlığa çıxır


Sentyabrın 15-də Buşa ayaqqabı atan jurnalistin azadlığa çıxacağı gözlənilir. İraqlı jurnalist Müntəzər əl-Zahidi Bağdadda mətbuat konfransı zamanı ayaqqabılarını çıxararaq, ABŞ prezidenti Corc Buşa atandan sonra bütün dünyada məşhurlaşıb.

Jurnalistin yaxıları deyib ki, qərar dünən icra olunmalı idi, ancaq sənədləşməyə görə iş bu günə qalıb.

M. Zahidi 2008-ci ilin dekabrında Buşa ayaqqabılarını atmaqla öz etirazını bildirmişdi.

O, səfərdə olan dövlət başçısını təhqir etməkdə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan yaxşı davranışa görə cəza müddəti azaldılmışdı.
XS
SM
MD
LG