Fərdiyyətçilik yoxsa kollektivçilik? Hansı faktor ölkənin inkişafına daha çox müsbət təsir edir?
AzadlıqRadiosunun «İşdən sonra» proqramında filosof Ağalar Məmmədov bu suallar ətrafında müzakirə qatılıb.
- Ağalar bəy, Azərbaycan cəmiyyətində individualizm yoxsa kollektivizm üstünlük təşkil edir?
- Mənə belə gəlir ki, Azərbaycanda nə fərdiyyətçilik, nə də kollektivçilik var. Azərbaycanda fərd əvəzinə «eqo», kollektiv əvəzinə də kütlə var. Kollektivizm isə müəyyən məqsədlər ətrafında müəyyən qaydalarla insanlar birliyə yığılır. Biz buna sosium deyirik. Kollektivin də formalaşması üçün, məsələn, quruluşlar, müəssisələr, zavodlar, fabriklər lazımdır. Belə şərait olmayanda kollektivçilik əmələ gəlmir. Partiyaların özü siyasi kollektivlərdi. Onlar da formalaşa bilmir. Cəmiyyətdə vahid, hegemon qüvvə var – hakimiyyət. Yeri gəlmişkən, seçimlə formalaşmamış hakimiyyətə siyasi iqtidar demirlər, buna siyasi hökmranlıq demək lazımdır. Belə siyasi hökmranlıq ayrı-ayrı kollektivlərin formalaşmasına imkan vermir. Nəinki kollektivin, hətta müəyyən fərdin ətrafında toplanmasına, hansısa elektorat, oxucu kütləsi yığmasına belə imkan vermir. Belə şəraitdə ancaq kütlə formalaşa bilər.
- Bəs onda kütlə ilə nə iş görmək olar?
- Bilirsiniz, «İnfeksiya nəzəriyyəsi» var. İnsanlar bir ideyaya yoluxur, yoluxa-yoluxa say çoxalır və sosial partlayışa gətirir və irrasional şəkildə ortaya çıxır. Bir də ki, «konvergensiya nəzəriyyəsi» var – bir-birimizə deyirik, pıçıldayırıq, orda-burda danışırıq və rasional şəkildə bir ideya ətrafında kütlə qüvvəyə çevrilir. Bizdə rasional şəkildə düşünən qüvvə yoxdur. Və bu hələ «qaranlıq» olaraq qalır.
Fərdə gələndə, o da Azərbaycanda yoxdur. Dediyim kimi, eqoist insanlar var. Eqoizm fərdiyyətçiliyin xəstə formasıdır. Ümumi forması belədir – «sizin eviniz yansın, mənim yumurtam bişsin». Mənim yumurtamın bişməsi maraqlandırır, evinizin yanması isə mənim üçün maraqlı deyil. Eqoistlər Azərbaycanda hər yerdədir. Onlar qum dənəciklər kimidir. Bir yerə heç vaxt birləşə bilməzlər.
Fərdlərin formalaşması isə bərabərlik şəraitində baş verir. Bunu hələ 2 əsr əvvəl Kant deyib. Cəmiyyətdə bərabər hüquqlar, şansların bərabərliyini yaratmamsınızsa, sosial ədaləti bərpa etməmsinizsə, orada fərd əmələ gələ bilməz. Kimsə ədalətsizlik görürsə, onda eqoist ehtiraslar ön plana çıxır və aqressiya formasına girir.
- Bəyəm Sovetlər sistemi fərdləri ortaya çıxartdı?
- Sovetlərdə Bakuninin fərdlərə qarşı kollektivizmi çıxartması əsas ideologiyaya çevrilmişdi. Bu dində də var. İslam ölkələrində sosialist ideyalar çox yaxşı yer tapa bilir. Kollektivizm bu ölkələrdə fərdi tanımır. Dində fərd olmaz. Vahid ideya və kütləvilik var. Eynilə sosialist rejimlərində. İndividuum orada görünmür. Fərd orada yoxdur, lazımlı deyil.
İndiki hakimiyyət nə etdi? Telekanalları şou-biznes proqramları ilə doldurdu, elm və mədəniyyət kanalı əvəzinə idman telekanalını açdı, maarifləndirici proqramlar aradan qaldırılır. Orta statistik azərbaycanlının informasiya-telekommunikasiya imkanına baxın. O nədən danışır? Onun söhbəti nədir? Rayonlara, kəndlərə baxın. Bu cür vəziyyəti necə yaradırlar? Siyasi hakimiyyətin arxasında dayanan sosial mühəndislər işləyir. Əsl manipulyasiyadır bu. Ardıca nə gəlir? İnformasiya məkanı getdikcə sıxılacaq. İnternet-media müəyyən nəzarətə salacaqlar. Yaxın 10 ildə təhsilə tam nəzarət edəcəklər. Təhsil üzərindən insanları nivelirləyəcəklər, çərçivəyə salacaqlar. Çox deyirdik ki, təhsil qanunu qüvvəyə minsin. Hə, nə oldu? Bunun dalınca başqa şeylər gələcək. Təhsil vasitəsilə insanların fərdiliyini aradan qaldıracaqlar. Bütün təhsil maşını onu üçün işləyəcək. Uşaqlarımızı xaricə göndərməyə məcbur olacağıq. Sonradan da onları da azaldacaqlar. Yuxarıdan baxan «yekə göz» cəmiyyətin necə qurmaq istiqamətini göstərir. Son nəticədə cəmiyyət özü «kollektiv»dir. Real olaraq birgə yaşayış var. Ancaq bu «kollektiv» kütləvi kollektivdir və fərdlərə heç bir imkan yaratmır.