Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:33

Obamanın planına qarşı aksiya keçirilib


Vaşinqtonda prezident Barak Obamanın səhiyyə və digər sosial sahələrdə təklif etdiyi islahatlara qarşı etiraz yürüşü keçirilib.

Mühavizəkarların təşkil etdiyi yürüşdə 10 minlərlə adam iştirak edib. Aksiya iştirakçıları bildiriblər ki, prezidentin planları sosializm və iflasa apara bilər.

Barak Obama şənbə günü amerikalıları sosial təminat sahəsində onun islahatlar planına dəstək olmağa çağırıb.

Planın qüvvəyə minməsi üçün onu konqres də təstiqləməlidi.
XS
SM
MD
LG