Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

Bakının qurtuluş günü qeyd olunacaq


Türkiyənin Azərbaycandakı səfirliyi Bakının erməni qoşunlarından azad edilməsinin 90 illiyi münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.

ANS PRESS-in Türkiyə səfirliyinə istinadla verdiyi məlumata görə tədbir sentyabrın 15-də Şəhidlər Xiyabanında türk əsgərinin şərəfinə ucaldılmış abidənin ziyarəti ilə başlayacaq.

Həmin gün səfirlikdə Bakının azad olunmasında iştirak etmiş Qafqaz İslam Ordusu haqqında sənədli film göstəriləcək.

Daha sonra “Türk Universitetləri Məzunları Dərnəyi” Müslüm Maqomayev adına dğvlət filarmoniyasında xüsusi proqramla çıxış edəcək.
XS
SM
MD
LG