Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 08:01

Leyla Yunus bloqqerlərin işinə baxan hakimə məktub yazıb


Leyla Yunus
Leyla Yunus
Hüquq müdafiəçisi Leyla Yunus Səbayel rayon Məhkəməsinin hakimi Araz Hüseynovu gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin işinə ədalətlə baxmağa çağırıb:

«Adnan Hacızadə və Emin Millinin işinə dünya ictimaiyyətinin diqqəti yönəlib. Gənclərin azad olunması haqda bəyanat və tələbnamələr səsləndirən bütün beynəlxalq təşkilatları sadalamağın mənası yoxdur. Yalnız sadalamaq ən azı bir səhifə yer tutar. Mənim 20 illik təcrübəmdə bu, ilk belə ümumi həmrəylik və fəallıq halıdır. Bu bir daha onu göstərir ki, bu, nadir, yeganə şansdır. Bu şansı dəyərləndirmək məhz sizə düşüb. Onu qaçırmayın! Siz ancaq şərəflə və professionallıqla hakim borcunu yerinə yetirməlisiniz. İşə açıq, qanun və ədalət əsasında baxmalısınız. Siz vicdanlı professional və vətəndaş olmalısınız».

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır xəsarət vurmaqda ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG