Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

ABŞ rəsmisi əfqanları tələsməməyə çağırır


ABŞ rəsmisi Əfqanıstanda prezident seçkilərini tənqid edənləri tələsik qərar çıxarmamağa çağırıb.

ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Riçard Holbruk BBC-yə müsahibəsində deyib ki, seçkini mühakimə etməzdən əvvəl seçki komissiyasına imkan verilməlidir ki, səsləri hesblayıb tamamlasın.

O əlavə edib ki, 20 avqust prezident seçkilərinin yenidən təkrarlanması «məhsuldar seçim deyil».

Buna qədər Əfqanıstanın Seçki Şikayət Komissiyası 80 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib. Komissiyada saxtalaşma olması ilə bağlı dəlillər olub.

Seçki Komissiyası səslərin 90 faizini hesablayıb, 54 faiz səslə prezident Həmid Kərzayi irəlidədir.
XS
SM
MD
LG