Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 10:00

Hindistan paytaxtında azı 5 qız ölüb.


Hindistan paytaxtı Yeni Dehlidə məktəb binasını qaçaraq tərk etməyə çalışan azı 5 qız ölüb.

Qaçaqaç evakuasiya göstərişi verildikdən sonra başlayıb.

Məktəbin elektrik xəttində qısa qapanma olması xəbəri yayılıb. Bundan sonra şagirdlər sinif otaqlarını qaçaraq tərk etməyə başlayıb.

Təxminən 30 qızın dar pilləkənlərdən düşərkən xəsarət aldığı bildirilir.
XS
SM
MD
LG