Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

Afrikadan kənarda ən qədim insan Qafqazda tapılıb


İndiki nəzəriyyəyə görə, insan Afrikada yaranıb, sonra Afrikanın daxilinə yayılıb
İndiki nəzəriyyəyə görə, insan Afrikada yaranıb, sonra Afrikanın daxilinə yayılıb
Gürcüstanın Dmanisi rayonunda 1 milyon 800 min il yaşı olan insan qalıqları tapılıb.

Bu, Afrikadan kənarda tapılan ən qədim insan qalıqlarıdır.

İngiltərənin «Guardian» qəzeti yazır ki, bu tapıntı insanın dünyaya yayılması nəzəriyyəsini dəyişdirir.

İndiki nəzəriyyəyə görə, insan Afrikada yaranıb, sonra Afrikanın daxilinə yayılıb. Yalnız bundan sonra - cəmi 60 min il əvvəl dünyaya yayılıb.

Gürcüstanlı arxeoloq, Milli Muzeyin direktoru David Lordkipanidze deyir ki, tapılan sümüklər Qafqazdakı qədim insanın alçaq boylu, xırda beyinli və ayaqlarının artıq formalaşmış olduğunu göstərir.

Qədim insanın boyu təxminən 1 metr 50 sm, beyni isə müasir insanın beyninin yarısı qədərdir.

2 kişi, 3 qadın skeletinin tapıldığı yerdə heyvan sümükləri də tapılıb. Sümüklərdə kəsik yerləri var.

Güman etmək olar ki, qədim insan burda yeməyə ət hazırlayırmış.

Londondakı Milli Təbiət Tarixi Muzeyinin direktoru Kris Strinqer yeni tapıntını dünya əhəmiyyətli hadisə hesab edir. Onun fikrincə, ibtidai insanın inkişafının ən erkən mərhələsinin şahidi oluruq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG