BARAK OBAMANIN YENİ RUSİYA SİYASƏTİNDƏN NARAHATLIQ NİYƏ ARTIR?
Prezident Barak Obamanın Rusiya ilə münasibətləri yenidən başlamaq üçün Moskvaya səfərindən keçən müddət ərazində bir sual xüsusilə də Mərkəzi və Şərqi Avropada demokratiya tərəfdarlarını narahat edir: Moskva ilə əlaqələri yaxşılaşdırmağa çalışan Vaşinqton demokratik qüvvələrin müdafiəsini zəiflədə bilərmi?
Bu narahatlıq altında iyul ayında Mərkəzi və Şərqi Avropanın bir qrup keçmiş lideri ABŞ prezidenti Barak Obamaya açıq məktub yazdı. müəlliflər arasında Çex Respublikasının keçmiş prezidenti Vaclav Havel və Polşanın keçmiş prezidenti Lex Valensa da vardı.
Keçmiş liderlər məktublarında qeyd edirdilər ki, ABŞ-ın Rusiya ilə münasibətləri yenidən başlamaq istəyi bu məkanda yeni demokratiya meylli insanları və qurumları çətin vəziyyətə sala bilər.
Məktubda müəlliflər münasibətlərin yenidən başlanmasının olduqca təhlükəli bir dönəmə düşdüyü qeyd edilir. Müəlliflər şəraitin təhlükəliliyini «Rusiyanın iqtisadi təzyiqlər, enerji blokadasına almaq, siyasi amaclı investisiyalar, media oyunları kimi açıq və gizli vasitələrlə trans-Atlantik meylli Mərkəzi və Şərqi Avropada öz maraqlarını təmin etməyə» çalışması göstərilir.
Çex Respublikasında Avropa məsələləri üzrə nazir Stefan Fule deyir ki, Obamaya yazılan bu məktubun bir kənara atılması səhv olardı:
«Fakt budur ki, ölkələrini idarə etmiş bu adamlar belə bir məktub yazmağı vacib hesab ediblər. Bu, Avropadakı narahatlığın bir təzahürüdür».
Fule deyir hesab edir ki, ABŞ-ın Rusiya ilə «yenidən başlamaq» cəhdləri yalnız bir halda nəticə verə bilər: bunun üçün gərək Vaşinqton ciddi məsələlərdə heç bir güzəşt olmayacağını və «təsir zonası» yaratmağa imkan verilməyəcəyini açıq ifadə bilsin.
RUSİYA ÖZ TƏSİR ZONASI ADLANDIRDIĞI MOLDOVANI AZ QALA ÖZƏLLƏŞDİRİB
Moldova da Moskvada «təsir zonası» adlandırılan keçmiş sovet məkanı ölkələrindən biridir. Bu ölkə hər şeyə nəzarət edib ölkəni öz nəzarətində saxlamaq istəyən Rusiya ilə demokratik inkişaf istəyən Qərb arasında axırıncı çəkişmə yerlərindən biridir.
Parlament seçkisindən əvvəl Rusiya Moldovaya 500 milyon dollar pul verəcəyini vəd etmişdi. Bundan dərhal sonra isə kommunist prezident Vladimir Voronin Avropa Birliyinin Moldovaya və onun qonşularına yardımlar nəzərdə tutan Şərq Tərəfdaşlığı proqramını kəskin tənqid etdi.
Moskva öz təsirini Moldovanın biznes sahəsində də saxlayır. Dövlətin nəzarət etdiyi şirkətlər və Kremlə bağlı oliqarxlar Moldova şirkətlərini göydə götürüblər. Moldovada medianın 75%-ə artıq Rusiya varlıları nəzarət edir və onlar Kremlin təbliğatını aparırlar.
Amma Rusiyanın əsas kartı Dnestryanıdır. Moskvanın himayəsində olan bu separatçı region 1992-ci ildə müharibədən sonra ayrıldığını elan edib.
Parlament seçkilərində liberal müxalifətin həlledici olmayan, amma kommunistləri geri çəkilməyə vadar edəndən sonra isə Moldovada vəziyyət qeyri-müəyyən olaraq qalır.
Gənc Moldovalılar onları keçmişin bataqlığında saxlamaqda ittiham etdikləri kommunistlərdən can qurtarmaq üçün Qərbin onlara daha aşkar dəstək verməsini istəyirlər.
İNDİ KİM RUSİYANIN CIZDIĞI «TƏSİR DAİRƏSİ»NƏ DÜŞƏCƏK?
Hazırda bir yandan Vaşinqtonun münasibətləri yenidən başlamaq cəhdləri, o biri yandan da Moskvanın keçmiş sovet bloku ölkələrindən bu dəfə hansına müdaxilə edə biləcəyi müzakirə olunur.
Kremlin növbəti hədəfi kimi daha çox yanvarda prezident seçkisi keçiriləcək Ukraynanın adı hallanır. Bu seçki Ukraynanın yaxın gələcəkdəki istiqamətini müəyyən edəcək.
Belə fikirlər də var ki, fundamental məsələlərdə kəskin fikir ayrılıqları olduğu üçün Vaşinqton Rusiya ilə əlaqələri yenidən başlamaq kimi olduqca çətin bir iş altına girib.
Müstəqil deputat Vladimir Ryzhkov həmin fikirdə olanlardan biridir. O deyir ki, Rusiyanın mühafizəkar liderləri Qərb əleyhinə hərəkətləri ilə öz şəxsi maraqlarını təmin edirlər: «Putinin rejimi birbəbir Sovet modelinin təkrarıdır. Bu anti-liberal, anti-Amerika və anti-Qərb təbliğatı üstündə qurulmuş liberal dəyərləri və demokratiyanı inkar edən bir sistemdir».
Ryzhkov deyir ki, bu hərəkətlər Rusiyanın deyil, onun liderlərinin maraqlarının təmin olunmasına hesablanan işlərdir. O, öz fikrini əsaslandırmaq üçün belə bir misal da gətirir.
Keçən il qışın ortasında Rusiya Ukraynaya verilən qazı kəsdi. Avropada istifadəçilər qaz ala bilmədilər. «Qazprom» milyardlarla dollar pul itirdi. Əvəzində rusların gözündə Vladimir Putinin möhkəm lideri imici təzələndi.