Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Gürcü jurnalist Cənubi Osetiyadan siyasi sığınacaq istəyir


Gürcü jurnalist öz ailəsi birlikdə separatçı region olan Cənubi Osetiyadan siyasi sığınacaq istəyir. Jurnalist Levan Gudadzenin anası bildirir ki, oğlu jurnalist fəaliyyətinə görə təzyiqlərlə üzləşib. Ona görə də Tbilisini tərk ediblər.

Həmkarlarından birinin sözlərinə görə, Gudadze Gürcüstan hakimiyyətini Rusiya ilə müharibəyə görə çox kəskin tənqid edirdi.

Gürcüstanın Daxili İşlər Nazirliyi jurnalistin təzyiqlərlə üzləşdiyi barədə deyilənləri yalan adlandırır. Nazirlik onun Cənubi Osetiyaya keçməsindən də xəbərsiz olduğunu bildirir.
XS
SM
MD
LG