Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Reklam filmi ətrafında qalmaqal


Amerikada ”One Show” reklam filmləri müsabiqəsi ətrafında qalmaqal yaranıb.

Ətraf mühitin qorunmasını təbliğ edən filmin məzmunu ABŞ-da çoxlarını qəzəbləndirib.

Reklam çarxında Nyu-York səmasında yüzlərlə sərnişin təyyarələrinin “Ekiz qüllələr” tərəf istiqamət götürdüyü nümayiş etdirilir. Mətndə isə deyilir:

“Bir sunami sentyabrın 11-dəki terror akrtından 100 dəfə çox adam öldürüb. Planetimiz qəddarcasına güclü ola bilər. Ona hörmət elə. Onu qoru”.
Bundan sonra WWF - Dünya Ətraf mühit Fondunun internet ünvanı verilir.

Lakin qalmaqal yalnız filmin məzmunu ilə kifayətlənmir. WWF təşkilatı bəyanat verərək bildirib ki, heç vaxt bu filmə öz razılığını verməyib. Bəyanatda izah olunur ki, DDB Brazil qrupu tərəfindən istehsal olunan bu film təsdiq edilmək üçün təşkilata təqdim olunsa da WWF onu rədd edib.

”One Show” məsələ ilə bağlı izahat verməsə də filmi öz rəsmi səhifəsindən çıxarıb.
XS
SM
MD
LG