Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:14

Donuz qripinin peyvəndi hazırdır


Donuz qripinə qarşı hazırlanan peyvəndlər gözlənildiyindən də təsirli çıxıb və bir dozası insanı virusdan qorumağa kifayət edir. H1N1 virusuna qarşı peyvənd hazırlayan Novartis əczaçılıq şirkətindən bu gün bildiriblər ki, aparılan sınaqların nəticəsi çox ümidvericidir və peyvənd edilməsinə bu ayın sonundan başlaya bilərlər.

Daha öncə digər əczaçılıq şirkəti Sinovac da donuz qripinə qarşı peyvənd sınaqlarının uğurla bitdiyini bildirib, dərmanın kütləvi istehsalına başlayıb.

Şimal Yarımkürəsində qış fəslinin başlanmasına qədər bir çox ölkələr vətəndaşlarının peyvənd olunmasını bitirməyə çalışırlar.
BU üzdən bəzi ölkələr artıq bu ayın sonundan, qalanları isə oktyabrdan kütləvi peyvəndlərə başlaması gözlənilir.

Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə yer kürəsində 2 milyarda yaxın adamın bu virusa yoluxmaq riski var.
XS
SM
MD
LG