Tayvanın keçmiş birinci ledisinə 1 il yarım həbs cəzası verilib. O, bu cəzanı məhkəməyə yalan danışdığına və öz uşaqlarını da yalan ifadə verməyə çağırdığına görə alıb.
Qabaqda eks birinci ledini daha uzun müddətli həbs gözləyir. O rüşvət alıb, adamları hökumətdə işə düzəltməkdə də ittiham olunur.
Əsas məhkəmə işi isə keçmiş prezidentin rüşvət alması, pul yuması ilə bağlıdır.
Tayvanın eks-prezidenti Çen Şui-bian 2000-2008-ci illər arası prezident olduğu dövrdə azı 9 milyon dollar rüşvət almaqda və prezident fondundan 3 milyon dollar mənimsəməkdə ittiham olunur.
İstintaq materiallarına görə, Çen rüşvəti torpaq sahələrini biznesmenlərə satmağa görə alıb. O həmçinin pullarını İsveçrə banklarındakı hesabları vasitəsilə yumaqda şübhəli sayılır.
Çen Şui-bian isə deyir ki, onu yeni prezident təqib edir. Səbəb isə onun sözlərinə görə, Çenin anti-Çin mövqeyidir.
Çenin həyat yoldaşı Vu Şu-çen öz oğluna, qızına və kürəkəninə tapşırıb ki, onlar Çen haqda istintaqa həqiqəti deməsinlər. Onlar da bu tapşırığa əməl eləyiblər. Məhkəmə keçmiş prezidentin oğluna, qızına və kürəkəninə hərəsinə yarım il həbs cəzası verib.
Birinci ledinin özünün də şəxsi «biznesi» varmış.
İşgüzar qadın Diana Çen keçmiş birinci lediyə rüşvət veribmiş ki, ona hökumətdə iş versin. Birinci lediyə rüşvət verdiyinə görə, Diana Çen də il yarım həbs cəzası alıb.
Eks-prezidentin və birinci ledinin rüşvət alması ilə bağlı məhkəmə qərarı sentyabrın 11-də veriləcək. Prokuror deyir ki, əgər məhkəmə prokurorluğun sübutları ilə razılaşsa, keçmiş prezidenti ömürlük həbs gözləyir.
Keçmiş birinci ledinin rüşvət alması isə sübut olunsa, ona uzun müddətli həbs cəzası veriləcək.