Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Xocasən bələdiyyə sədrinin məhkəməsi başlayıb



Sentyabrın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlıqda təqsirləndirilən Binəqədi rayonu, Xocasən bələdiyyəsinin sədri Zəfər Məsimovun məhkəməsi başlayıb. Bələdiyyə sədrinə qarşı irəli sürülən ittihama görə o, 2007-ci ildə icarə vermək səlahiyyətləri olmadığı halda 400 kv m. torpaq sahəsini Xanlar Dadaşov soyadlı şəxsin adına sənədləşdirib.

Bələdiyyə sədri məhkəmənin nəzərinə çatdırıb ki, özünü yalnız səhlənkarlıqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilir. O, torpaq sahəsinin vətəndaşın adına sənədləşdirilməsində rüşvət alması ittihamını qəbul etməyib.

2007-ci ildə Xocasən bələdiyyəsinin sədri Ədalət Seyidov öz ərizəsi ilə vəzifəsindən kənarlaşandan sonra onun müavini olmuş Zəfər Məsimov həmin bələdiyyəyə sədr seçilib. Elə həmin ildə də qeyd olunan ittihamlar əsasında həbs olunub.

XS
SM
MD
LG