Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin iddiası təmin edilmədi


Yasamal rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) iddiasını təmin etməyib. Təşkilat qeydiyyata alınmadığı üçün Ədliyyə Nazirliyini məhkəməyə vermişdi.

Sentyabrın 2-də keçirilən prosesdə nazirliyin təşkilatın qeydiyyatından imtinasının əsassız sayılması iddiası rədd edilib. O cümlədən, məhkəmə Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması və cavabdehdən 10 min manat məbləğində kompensasiya tutulmasıyla bağlı iddianı da təmin etməyib.

Təşkilatın sözçüsü Bəşir Süleymanlı məhkəmə qərarından narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirir.

SMDT dovlət qeydiyyatı Xətai rayon Məhkəməsinin qərarı ilə 14 may 2008-ci ildə ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisciləri və üzvləri tərəfindən ötən ilin sonunda təsis olunub.
XS
SM
MD
LG