Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

ABŞ İranı əməkdaşlıq etməməkdə günahlandırır


Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatı göstərir ki, İran agentliklə hərtərəfli əməkdaşlıq etmir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü İan Kely dünən agentliyin İranla bağlı bəyanatından sonra deyib.

Agentliyin hesabatında deyilir ki, İran son zamanlar uran zənginləşdirilməsi üzərində işi səngitsə də proses üçün vacib olan sentrifuqa üzərində işi davam etdirir.

BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri olan Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Almaniya İranı yeni sanksiyalarla hədələyirlər.

Amma Rusiyayla Çinin bu sanksiyalara dəstək verəcəkləri bəlli deyil.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehransa nüvəoqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG