Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:25

Şəmkirin 30 orta məktəbində müəllim çatışmır


Bu orta məktəblərdə əsasən xarici dil, fizika, kimya, bədən tərbiyəsi müəllimlərinə ehtiyac var.

Bu barədə məlumatı Şəmkir rayon Təhsil Şöbəsinin metodik mərkəzin direktoru Firdovsi Aslanov verib.

Müəllim çatışmazlığı əsasən Zəyəm, Cırdaxan, Yuxarı Çaykənd, Aşağı Çaykənd, Qaraqoyunlu kənd orta məktəblərində müşahidə olunur.

F.Aslanov Təhsil Nazirliyinə müvafiq ixtisaslar üzrə sifariş verildiyini bildirdi. Artıq 12 nəfər müəllim təyinatla Şəmkir rayonunun müxtəlif məktəblərində işləmək üçün qeydiyyatdan keçib. Yeni tədris ili başlayanadək onların sayının artması istisna edilmir.
XS
SM
MD
LG