Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:53
Lionel Messi UEFA tərəfindən ilin ən yaxşı klub futbolçusu elan edildi. O, «Barselona» klubunun Çempionlar Liqasının son qalibi olmağında böyük rol oynayıb.

Təltifetmə Monakoda keçirilib. Bundan savayı, Messi ilin ən yaxşı hücumçusu adını da qazandı. Ən yaxşı yarımmüdafiəçi adı onun həmklubçusu Xavi Ernandesə, ən yaxşı qapıçı daı «Mançester Yunayted»dən Edvin van der Sara, ən yaxşı müdafiəçi adı isə «Çelsi»nin kapitanı Con Terriyə verildi.

Messi keçən mövsüm Çempionlar Liqasında 9 qol vurub. Ən vacibi isə finalda «Mançester Yunayted»in qapısına vurduğu qoldur. Ümumiyyətlə, 22-yaşlı Messi keçən mövsüm «Barselna»nın heyətində 38 qolun müəllifidir.

Lionel Messi UEFA-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. Ondan əvvəl bu ada 2000-ci ildə «Real Madrid»də oynayan Fernando Redondo layiq görülüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG