Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

Britaniya hesab edir ki, əsgərlərinin seçkidə iştirakı vacib idi


Böyük Britaniyanın Əfqanıstandakı səfiri hesab edir ki, bu yaxınlarda keçirilmiş prezident seçkisində təhlükəsizliyi qorumaq üçün Britaniya əsgərlərinin iştirakı vacib idi. Səfir Mark Sedvil dünən Kabulda Londondan olan jurnalistlərlə videokonfransda belə deyib. Konfransda iyuldan bu yana Əfqanıstanda 40-a yaxın britaniyalı əsgərin öldüyü deyilib. Səfir qeyd edib ki, Əfqanıstanın cənubunda – Hilmend əyalətində britaniyalı əsgərlərin talibana qarşı keçirdiyi əməliyyat ölkədəki 20 avqust prezident seçkisi ilə əlaqəli olmayıb.

XS
SM
MD
LG