Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

NATO-nun baş katibi Türkiyəyə gedir


NATO-nun baş katibi Anders Foq Rasmussenin Türkiyəyə iki günlük səfəri başlayır. Gözlənilir ki, o, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfərdən öncə Rasmussen Türkiyənin Əfqanıstanda öz qoşunlarının sayını artıracağına güman etdiyini deyib.

Türkiyə rəhbərliyi Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenin NATO-nun baş katibi vəzifəsinə təyin olunmasına qarşı çıxmışdı. Çünki sabiq nazir 2005-ci ildə Danimarka qəzetində Məhəmməd Peyğəmbəri təhqir edən karikaturanın dərcini müdafiə etmişdi.

XS
SM
MD
LG