Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Şimali Koreya ABŞ-ı nüvə proqramı ilə bağlı danışığa çağırıb


Şimali Koreya ABŞ prezidentinin Koreya üzrə xüsusi nümayəndəsi Stiven Bosuortu sentyabrda Pxenyana dəvət edib. Məqsəd Şimali Koreya nüvə proqramını müzakirə etməkdir. Cənubi Koreya mətbuatının məlumatına görə, bu dəvət Şimali Koreya ilə dünya birliyi arasında əlaqələr yaratmaqla bağlı bir addımdır. Mətbuatın yazdığına görə, Bosuortun rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyana gəlməzdən öncə Cənubi Koreyaya gedə və Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqların bərpa olunma perspektivini müzakirə edə bilər.

Stiven Bosuort dəvəti qəbul edərsə, bu, Şimali Koreya və Barak Obama administrasiyası arasında nüvə proqramı ilə bağlı ilk rəsmi ikitərəfli danışıq olacaq. Amerikanın Seuldakı səfiri bu məlumata münasibət bildirməyib.

XS
SM
MD
LG