Keçid linkləri

Təcili xəbərlər
2022, 11 Avqust, Cümə axşamı, Bakı vaxtı 00:48

Rəfsəncani xalqı Xameneinin ardınca getməyə çağırıb


İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani əhalini birliyə və ölkənin ali dini lideri Ayatolla Əli Xameneinin ardınca getməyə çağırıb.

Bu barədə rəsmi İRNA agentliyi xəbər verir.

Bu çağırış Rəfsəncaninin əvəlki bəyanatlarıyla üst-üstə düşmür.

12 iyun mübahisəli prezident seçkilərində müxalifət lideri Mirhüseyin Musəvinin tərəfini saxlayan Rəfsəncani bundan əvvəl ölkənin böhran həddində olduğunu deyirdi.

İndiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi seçkilərdən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirildi , yüzlərlə müxalifətçi həbs olundu.
XS
SM
MD
LG