Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Gürcüstanda 41 nəfərin məhkəməsi başlayıb


Gürcüstanda dövlət çevrilişi hazırlamaqda və hökuməti devirmək cəhdində ittiham olunan 41 nəfərin məhkəməsi başlayıb.

Onlar mayda Muxrovanidəki hərbi bazanın tank batalyonunda qiyam qaldırmaqda günahlandırılırlar.

İnsidentin qarşısı bir neçə saatdan sonra qan tökülmədən alınmışdı. Gürcüstan Rusiyanı "qiyamın arxasında durmaqda" ittiham etmişdi.

Hadisə hərbi bazada NATO təlimlərinin keçirilməsi ərəfəsində baş vermişdi.

Təqsirkar olduqları təsdiqlənsə, müttəhimlərə 20 iləcən həbs cəzası kəsilə bilər.
XS
SM
MD
LG