Talibanın hədə-qorxusuna görə seçicilərin iştirak səviyyəsi aşağı olsa da, Qərb dövlətləri Əfqanıstanda baş tutan seçkiləri «demokratiyanın təntənəsi» kimi qiymətləndiriblər.
ABŞ prezidenti Barak Obama seçkilərin uğurlu keçdiyini bildirib.
NATO-nun baş katibi Anders Foq Rasmussen isə deyib ki, Əfqanıstanda sayca ikinci prezident seçkilərinin keçirilməsi əfqan xalqının demokratiya qurmaqda qətiyyətli olduğunun göstəricisidir.
Əfqanıstanda avqustun 20-də keçirilən seçki günü azı 26 polis və dinc sakin öldürülüb.