Haaqadakı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal Bosniya serblərinin keçmiş daxili işlər naziri Miko Stanişiçi mühakimə edəcək. Məhkəmə sentyabrın 14-də başlayacaq.
O, müharibə cinayətlərində və insanlıq əleyhinə cinayətlərdə ittiham edilir. Stanişiçlə birgə Bosniyanın keçmiş polis şefi Stoyan Zuplyanin də mühakimə ediləcək. Onların heç biri ittihamları qəbul etmir.
Hər iki şəxsi 1992-95-ci illər arası müsəlmanların və xorvatların qətlində, deportasiyasında və onlara işgəncə verməkdə ittiham edirlər.