Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Əhmədinejad yeni hökuməti təqdim etdi


İran prezidenti Mahmud Əhmədinejad yeni kabinetini parlamentə təqdim edib
İran prezidenti Mahmud Əhmədinejad yeni kabinetini parlamentə təqdim edib
İran prezidenti Mahmud Əhmədinejad yeni kabinetini parlamentə təqdim edib. Rəsmi «İSNA» agentliyi bildirib ki, 21 nəfərlik hökumətin siyahısı avqustun 19-da axşam saatlarında açıqlanıb.

Parlament üzvləri avqustun 30-u siyahı üzrə səsverməyə kimi Əhmədinejadın təklifini nəzərdən keçirməlidirlər.

Gözlənildiyi kimi Manuçöhr Mottakinin xarici işlər naziri vəzifəsində qalması təklif olunub. 3 qadının isə təhsil, səhiyyə və sosial təminat nazirləri postuna namizədlikləri irəli sürülüb.

Siyahı təsdiqlənərsə, onlar 1979-cu il İslam İnqilabından bu yana İranın ilk qadın nazirləri olacaqlar.

Ehtimal olunur ki, mübahisəli prezident seçkilərindən sonra küçə etirazları və siyasi qarışıqlığın ardınca, mühavizəkar qanad tərəfdarlarının təsdiqlənməsi ilə bağlı mübahisələr olacaq.

Növbəti müddətə İran prezidenti seçilmiş Əhmədinejadın qarşısında duran iqtisadi faktorlar.
XS
SM
MD
LG