Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Dünyanın ən qeyri-populyar liderləri Putin və Əhmədinejaddır


ABŞ-da yerləşən WorldPublicOpinion.org dünya üzrə liderlərə ayrı-ayrı ölkələrdə cəmiyyətin münasibətini öyrənib. Təşkilat dünyanın 20 ölkəsində 19 224 adamın rəyini soruşub.

Sorğuya cəlb olunan ölkələrdə dünya əhalisinin 62%-i yaşayır. İyunun 30-da yayılan nəticələrə görə ABŞ-ın prezidenti Barak Obama rəyi soruşulan adamların ən çox inandıqalrı liderdir. Rusiyanın Baş naziri Vladimir Putinə və İranın prezidenti Mahmud Əhmədinejada isə ən az inam nümayiş etdirilib. Keçən ilki sorğuda adamların ən az inandığı prezident Corc Buş olmuşdu.

WorldPublicOpinion.org adamlardan coruşub ki, bu liderlədən daha çox hansının dünya məslələrində doğru qərar verdiyinə inanırlar:

Prezident Barak Obama – ABŞ
Prezident Nikola Sarkozi – Fransa
Baş nazir Qordon Braun – Böyük Britaniya
Baş nazir Vladimir Putin – Rusiya
Baş katib Ban Ki-mun – BMT
Prezident Hu Cintao – Çin
Prezident Mahmud Əhmədinejad – İran
Kansler Angela Merkel – Almaniya

Sorğunun bir neçə ölkə üzrə nəticələrini təqdim edirik:

AZƏRBAYCAN

Azərbaycanlıların əksəriyyəti ABŞ prezidenti Barak Obamaya inanır. ABŞ-ın əvvəlki prezidenti Corc Buşa inam isə 42% idi.
Azərbaycanda Vladimir Putinə münasibət pis olaraq qalır. Çoxları Angela Merkelə, Qordon Brauna, Ban Ki-muna və Hu Ciantoya Putindən daha çox inandığını bildirib.


TÜRKİYƏ
Türkiyədə isə rəyi soruşulanların əksəriyyəti liderlərin hamısına o qədər də xoş münasibətləri olmadığını bildiriblər. Türklər yalnız öz baş nazirləri Ərdoğana və Azərbaycanın prezidenti İlham Əliyevə inandıqlarını ifadə ediblər.
Obamaya münasibət ikili olsa da o, türklərin az-çox rəğbət bəslədikləri liderlərin siyahısına başçılıq edir.



ABŞ

ABŞ-da adamların əksəriyyəti öz liderlərinin daxili siyasətdə düzgün addımlar atdığını deyiblər. Bu ölkədə Qordon Brauna da inam davam etməkdədir.



RUSİYA
Rusiyada Baş nazir Vladimir Putinə inandığını deyənlər mütləq əksəriyyətdir. Rusların ən az inandıqları lider Barak Obama olub.



ABŞ-da yerləşən WorldPublicOpinion.org Merlənd Universitetinin Beynəlxalq Siyasət üzrə proqramıdır. O, dünya üzrə əsas problemlər üzrə rəy sorğuları keçirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG