Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:09

«Partlayışlarda Əl-Qaidə məsuliyyət daşıyır»


İraqın Baş naziri təhlükəsizlik strategiyasına yenidən baxılması üçün göstəriş verib. Nuri Əl-Malikinin sərəncamından əvvəl Bağdadda silsiləvi partlayışlar nəticəsində azı 95 nəfər ölüb, 500-dən artıq insan yaralanıb.

Avqustun 19-da Maliyyə və Xarici İşlər Nazirliyinin binaları yaxınlığında baş verən partlayışlara görə məsuliyyəti heç bir qurum öz üzərinə götürməyib. Ancaq Əl-Maliki terrora görə «Əl-Qaidə» və Səddam Hüseynin keçmiş tərəfdarların məsuliyyət daşıdığını deyib.

Dünənki gün son 18 ayda İraqda ən çox ölümlə nəticələnən gün olub.
XS
SM
MD
LG