Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Beynəlxalq təşkilatlar Əfqanıstan hökumətini pisləyib


İnsan haqları fəalları və jurnalistlər Əfqanıstan hökumətinin seçki günü zorakılıq aktlarıyla bağlı məlumat verməmək çağırışını pisləyiblər.

Əfqanıstan hökuməti dünən yerli və beynəlxalq medianı seçki günü mümkün zorakılıq aktlarıyla bağlı məlumat verməməyə çağırıb.

Hökumətin yaydığı bəyanatda seçki günü səhər saat 6-dan axşam saat 20-dək bu cür məlumatların yayılması məsləhət görülmür.

Human Rights Watch təşkilatının Əfqanıstan üzrə təhlilçisi Rachael Reid bunu senzuraya cəhd və mətbuat azadlığının əsassız pozulması kimi qiymətləndirib.
XS
SM
MD
LG