Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:18

Atəşkəsin pozulması nəticəsində bir azərbaycanlı zabit yaralanıb


Ermənistan və Azərbaycan arasında atəşkəs pozulması nəticəsində bir azərbaycanlı zabit yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, gizir Elçin Qurbanov qarın nahiyəsindən güllə yarası alıb.

Atəşkəs Tərtər rayonunun Çaylı kəndi istiqamətində pozulub.

Həkimlər gizirin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

1985-ci il təvəllüdlü E.Qurbanov Ağstafa rayonunun Soyuqbulaq kəndində anadan olub. Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG