Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:22

HRW İraqı “sosial təmizləmə”ni dayandırmağa çağırır


ABŞ-da yerləşən Human Rights Watch beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı İraq hökumətini ölkədə “sosial təmizləmə” prosesini dayandırmağa çağırıb. Təşkilat bildirir ki, Bağdadda polis homoseksual kişini işgəncə ilə öldürüb. Bundan sonra polis cəzalandırılmadığından ölkənin başqa şəhərlərində də homoseksuallara hücum başlayıb.

Bu ilin əvvəlində bir neçə kişinin cəsədi Bağdadın yaxınlığında şiələrin yaşadığı məhlədə tapılıb. Onların sinələrinə ərəb əlifbası ilə “alçaq” və “küçük” sözləri yazılıb.

Həmin hadisədən sonra homoseksuallara qarşı bu cür təhqiramiz hərəkətlər İraqın Kərkük, Bəsrə, və Nəcəf şəhərlərinə də yayılıb.
XS
SM
MD
LG