Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:35

Myanmarda həbsdə olan amerikalı buraxılacaq


Myanmarda 7 il həbs cəzasına məhkum edilmiş Amerika vətəndaşı Jhon William Yetaw azad olunacaq.

Bu barədə Myanmarda olan amerikalı senator Ji Webb bildirib.

Yetaw ev dustaqı olan Myanmar müxalifətinin lideri Aung San Suu Kyi ilə icazəsiz görüşməkdə ittiham olunurdu.

Həmçinin buna görə müxalifət liderinin ev şəraitində dustaqlığı bir il yarım uzadılıb.

Amerikalı senator həmçinin səfər zamanı Aung San Suu Kyi və ölkədəki hakim hərbi rejimin rəhbəri general Than Shwe ilə görüşüb.
XS
SM
MD
LG