Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Bir neçə məhbus döyülərək öldürülüb


İranda həbs olunmuş nümayişçilərdən bir neçəsi döyülərək öldürülüb.

Bunu prezidentliyə keçmiş namizədlərdən biri Mehdi Karrubi deyir.

Hakim dairələr hələlik Karrubunun bu bəyanatına münasibət bildirməyib.

Karrubi hələ bundan əvvəl internet saytında həbsxanada bir neçə qadın və kişinin zorlandığını bildirimişdi.

İranın hakim dairələri isə bi itihamın əsasız olduğunu deyir.

Həmçinin BMT İranda həbs olunmuş nümayişçilərə işgəncə verildiliyini deyir.

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Manfred Novak bildirib ki, əldə olan məlumatlara görə lazım olan ifadəni almaq üçün elektroşok da daxil olmaqla məhbuslara işgəncələr verilir onlar psixoloji təzyiqlərə məruz qalır.

Novak deyir ki, o İran hökumətini bu iddiaları araşdırmağa çağırsa da hələlik belə bir araşdırma aparılmasıyla bağlı onda elə bir məlumat yoxdur.
XS
SM
MD
LG