Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 20:03

Naxçıvanda ağır ölüm hadisəsi


Şəhərin Xətai məhəlləsində yerləşən karton kağızları istehsalı sexində qaz boğulmasından 4 nəfər işçi hadisə yerində keçinib.

Naxçıvan şəhər prokuroru Rahil Nemətovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hazırda araşdırma aparılır. İlkin versiyalara görə, hadisənin kimyəvi maddə ilə yanlış təmas nəticəsində baş verdiyi ehtimal edilir. Prokuror deyir ki, ekspertlərin rəyindən sonra ölümün dəqiq səbəbləri aydınlaşacaq.

Faktla bağlı araşdırma aparılsa da, hələ ki, Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi açılacağı barədə məlumat verilmir.
XS
SM
MD
LG