Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:01

Yuşenko Medvedevə cavab verdi


Ukrayna prezidenti Viktor Yuşenko Rusiya prezidentinin ona açıq məktubunun “dost olmayan” ruhundan məyus olduğunu deyib. Öz saytında yayılan cavabında Ukrayna prezidenti təsdiq edib ki, ikitərəfli münasibətlərdə çox ciddi problemlər var.

Amma Medvedevin indiki vəziyyətdə Rusiyanın hər hansı məsuliyyəti yoxmuş kimi davranması onun üçün sürpriz olub.

Bu həftə Rusiya prezidenti Dmitri Medvedev ukraynalı həmkarına açıq məktub göndərərk onu anti-Rusiya mövqeyi tutmaqda və NATO-ya qoşulmaq cəhdlərində ittiham edib.
XS
SM
MD
LG