Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:57

Fələstində hakim partiyaya seçki sabaha keçirilib


Fələstində hakim “ Fəth ” hərəkatının rəhbərliyinə seçkilər bazar gününə keçirilib.

İlkin olaraq seçkini cümə günü, sonra isə bu gün keçirmək nəzərdə tutulmuşdu.

Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatı son 20 ildə ilk dəfədir ki, qurultayını keçirir.

1965-ci ildə keçmiş fələstin lideri Yasir Aarafat tərəfindən yaradılmış bu hərəkat son vaxtlar nüfuzunu itirib.

3 il bundan əvvəl Fələstin Muxtariyyətində keçirilmiş seçkiləri radikal Həmas qrupu qalib gəldi, amma bu bir sıra qərb ölkələrinin narazılığına səbəb oldu, bu ölkələr onunla əməkdaşlıq etmədi.

Bundan sonra Həmas Qəzə bölməsində nəzarəti ələ keçirdi.

İordan çayının qərb sahilinə isə Fəth hərəkatı nəzarət edir.
XS
SM
MD
LG