
F.Əmirov bildirib ki, Rəşad evdə Qubada işləməyə getdiyini deyibmiş: «Bildiyiniz kimi, Həsən Kərimovun böyük oğlu İftixar Kərimov iyulun əvvəllərində qəfil infarkt keçirərək vəfat etdi. Mobil telefonuna zəng çatmadığından o zaman ailəsi Rəşadla əlaqə saxlaya bilməyib. Ailənin başı yasdan açılandan sonra polisə müraciət olunub. İyulun 30-u gecə saatlarında Rəşadın ölüm xəbəri çıxıb».
Mərhumun atası Həsən Kərimov «Media forum» saytına açıqlamasında bildirib ki, oğlu iyunun 29-dan 30-na keçən gecə Neftçilər prospektində huşunu itirmiş vəziyyətdə tapılıb: «Rəşadı xəstəxanaya aparıblar. Komaya düşdüyünə görə ayılmayıb. Ekspert müəyyən edib ki, ürək çatışmazlığından vəfat edib. Onu Yasamal qəbiristanlığında, «Qurd qapısı» deyilən ərazidə dəfn ediblər».
H.Kərimovun sözlərinə görə, iyulun 30-da polis fotoşəkil vasitəsilə müəyyən edib ki, iyunun 30-u xəstəxanada vəfat edən Rəşaddır: «Ekspertiza meyitin oğlumun meyiti olduğunu təsdiqləyib. Rəşadı avqustun 1-də Bakıda - qardaşının məzarının yanında dəfn edəcəyik».