Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Rusiya Ukraynalı diplomatı ölkədən çıxarır


Rusiya Ukraynanın eyni hərəkətinə görə iki Ukrayna diplomatına ölkədən çıxmağı təklif edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, söhbət Sankt-Peterburqdakı baş konsuldan və Moskvadakı Ukrayna səfirliyindəki müşavirlərdən birindən gedir.

Amma hələlik baş konsulun ölkədən çıxarılmasıyla bağlı qərarın icrası dayandırılıb.

Ukrayna bundan əvvəl Qara Dəniz donanması ətrafındakı qalmaqala görə Rusiyanın Odessadakı baş konsulu və Kiyevdəki səfirliyin bir əməkdaşına ölkəni tək etməyi məsləhət görüb.

Amma baş konsulun məsələsi sonradan təxirə salınıb.
XS
SM
MD
LG