Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Daşkəsənə dolu düşüb


Daşkəsən rayonuna dolu düşüb. Axşam saatlarında aramsız yağan leysan yağışı da sel gətirib.
Nəticədə rayonun yol, kommunal, rabitə və kənd təsərrüfatına ziyan dəyib. Hazırda 14 kəndə verilən elektrik enerjisi kəsilib. Bəzi sakinlərin otlaq sahəsində olan mal-qaranı sel aparıb.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayevin sözlərinə görə, təbiət hadisəsindən ən çox ziyan çəkən əsasən Xoşbulaq, Yuxarı Daşkəsən, Mollahəsənli kəndləri olub:
«130 hektar biçənək, 50 hektar əkin sahəsi yararsız hala düşüb. Sakinlərə məxsus 20 baş xırda, 10 baş iri buynuzlu heyvan tələf olub. İki ədəd transformatov, 8 elektirk dayağı, 500 ədəd elektrik naqili sıradan çıxıb. axşam saatlarından 14 kəndə elektrik enerjisinin verilməsi kəsilib».
XS
SM
MD
LG