İyulun 29-da Qırğızıstanda onlarla nümayişçi həbs olunub. Müxalifət tərəfdarları paytaxt Bişkekdə toplaşaraq, ötən həftə keçirilən prezident seçkilərinə etiraz etmək istəyirdi.
Hadisənin şahidləri deyib ki, müxalifət lideri Almaz Atambayevin təxminən 100-a yaxın tərəfdarı Bişkek boyunca yürüş keçirməyə cəhd edib, ancaq polis qarşısını alıb.
Keçən həftə keçirilən prezident seçkilərində Qurmanbey Bakiyev yenidən qələbə qazanıb, səslərin 76 faizini toplayıb. Ancaq müxalifət seçki saxtalaşdırıldığını deyir.
ATƏT də seçkini tənqid edib bildirib ki, müşahidəçiləri seçki qutularına saxta bülletenlər atıldığının və bir nəfərin bir neçə dəfə səs verdiyinin şahidi olub.