Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 17:05

TQDK müraciətlərə baxır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-dən ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxmağa başlayır.

Bunun üçün Apelyasiya komissiyaları təşkil edilib. Komissiyalar iyulun 30-a qədər fəaliyyət göstərəcək, saat 10:00-dan axşam saat 5-dək işləyəcək.

I və IV qruplar üzrə komissiya - Bakı Qızlar Universitetində, II və III qruplar üzrə Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsinin bütün ixtisas qrupları üzrə komissiya isə TQDK-da fəaliyyət göstərəcək.

Komissiyanın məlumatına görə, ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması halları ilə bağlı müraciətlərə baxılmayacaq.

Abituriyentlər Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.
XS
SM
MD
LG